Kriminal

“Rövşən Lənkəranski”yə yaxın iki “vor”un başına elə iş gəldi ki...

1 İyul 2016 14:44
0 Şərh     Baxış: 3 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski"nin (Rövşən Canıyev) qruplaşmasına daxil olan iki "vor zakon"un başına məzəli əhvalat gəlib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, iyunun 30-da gecə Sankt-Peterburqda kriminal aləmdə "Zura Kaxetinets" kimi tanınan Serqo Tsotsxalaşvili saxlanılıb.

"Zura"nın dostu, digər "vor zakon" Laşa Barateli ("Çia" ləqəbli) onun saxlanılmasından xəbər tutan kimi köməyə can atıb. "Çia" Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin binasına gedərək dostunun aqibəti ilə maraqlanmaq istəyib. Ancaq əməliyyatçılar onu görən kimi tanıyıblar və miqrasiya rejimini pozmaq ittihamı ilə həbs ediblər. "Çia"nın saxlanılan dostu isə idarədə "profilaktik söhbət"dən sonra sərbəst buraxılıb.

Hər iki "vor zakon" Sankt-Peterburq sakinidir. 2014-cü ildə "Çia"nı yaşadığ evin qabağında naməlum şəxslər bərk döyüblər, sifətinə bıçaqla "şram" atıblar və mobil telefonunu əlindən alıblar. "Zura" isə bu ilin yanvarında narkotiklə saxlanılmışdı.

"Çia" və "Zura" 2014-cü ildə Türkiyədə "Rövşən Lənkəranski"nin keçirdiyi "sxodka"da "vor" titulunu alıb. Bununla belə kriminal aləmdə onların statusunu qəbul etmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.