Kriminal

Bakıda tanışların mübahisəsi bıçaqlanma ilə nəticələnib

1 İyul 2016 07:54
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda tanışların mübahisəsi bıçaqlanma ilə nəticələnib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi Xasməmmədov 1 ünvanında baş verib. 32 yaşlı Əziz Azay oğlu Məmmədovun yaşadığı məhəllədə tanışı ilə mübahisəsi düşüb. Mübahisə əlbəyaxa davaya çevriləndə Əziz Məmmədovun tanışı cibindən çıxardığı bıçaqla ona xəsarətlər yetirib. Daha sonra o hadisə yerindən qaçıb. Yaralı qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Hadisə barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib. Polisdən verilən məlumata görə, hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. Onun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.