Kriminal

İcra Hakimiyyətinin şöbə müdirinə qarşı oğurluq ittihamı

29 İyun 2016 19:35
0 Şərh     Baxış: 1 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suraxanı Rayon Məhkəməsində zərərçəkmiş Seymur Abıyevin oğurluqda ittiham etdiyi keçmiş qayınatası Elşad Əzizova qarşı şikayəti əsasında məhkəmə nəzarəti qaydasında verdiyi ərizəyə baxılıb.

Mlli.Az-ın report-a istinadən məlumatına görə, məhkəmə şikayəti təmin edib.

Qərara əsasən, E.Əzizovun əməlində cinayət tərkibi olduğuna görə iş istintaqı araşdırılması üçün yenidən Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Belə ki, bundan əvvəl zərərçəkmiş S.Abıyev keçmiş qayınatası E.Əzizovun onun evindən oğurluq etməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. Lakin idarədə cinayət işi başlanmayıb. Sonra S.Abıyev və onun nümayəndəsi Bəxtiyar Hacıyev həm prokuror nəzarəti qaydasında, həm də məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət ediblər.

Zərərçəkmiş S.Abıyev bildirib ki, 10 mart 2015-ci il tarixində vətəndaş Elşad Əzizov onun Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən mənzilinə daxil olub:

"Həmin mənzildən bir neçə əşyamı oğurlayıb. Həmin şəxsin qanunsuz əməllərinə mövcud qanunvericilik həddində məsuliyyətə cəlb edilməsini tam mümkün hesab edirəm. Elşad Əzizov haqqında zəruri ölçülərin götürülməsini vacibliyi onunla bağlıdır ki, həmin şəxs mənə məxsus 300 manat pulu talayıb. Bundan başqa o, mənim mənzilimə daxil olmaqla həmin ünvana aid evin çıxarışını, sığorta sənədini, texniki pasportunu, mənim hərbi biletimi, xarici pasportumu, doğum şəhadətnaməmi, diplomumu götürüb.

Əlavə olaraq , həmin şəxs mənə aid 2 ədəd pencək, 3 ədəd gödəkçə, yun qış köynəyi, şalvar, kəmərlər, 7 cüt ayaqqabı, 1 cüt idman ayaqqabısı, 2 ədəd qızıl üzüyümü və alt paltarlarımı götürüb. Ümumilikdə, Elşad Əzizov 3000 manat dəyərində əmlakı götürərək mənə  xeyli miqdarda zərər vurub. Həmin şəxs hazırda Cəlillabad rayon icra hakimiyyətində məsul vəzifə tutur".

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Elşad Əzizovdan münasibət öyrənmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.