Kriminal

Bakıda bıçaqlanma hadisəsi baş verib

29 İyun 2016 08:18
1 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Əliəşrəf küçəsi 3 ünvanında yaşayan 25 yaşlı Tural Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Həkimlər Tural Məmmədovda bir bıçaq xəsarətinin olduğunu bildiriblər. Hadisə barədə Nərimanov polisi məlumatlandırılıb. Tural Məmmədov polis əməkdaşlarına bildirib ki, məhəllədə gəzərkən yıxılıb və bu zaman ona dəmir parçası batıb. Lakin həkimlər Tural Məmmədovda olan yaranın forma və xüsusiyyətinə görə, bıçaqla vurulan zərbə nəticəsində alındığını bildiriblər. 

Faktla əlaqədar Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanıb.
 
Araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.