Kriminal

Lənkəranda ofisə basqın edənlərin görüntüləri yayıldı - VİDEO - FOTO

28 İyun 2016 18:47
1 Şərh     Baxış: 2 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Silhala hədə qorxu gələrək seyfdəki pulu aparmağa cəhd edənlər sonda əliboş aradan çıxmalı olublar.

Lənkəran polisinin apardığı əməliyyat-axtarış tədbirləri zamanı məlu olub ki, Bakı sakini Elnur Musa oğlu Nuriyev Lənkəran şəhər, T.İsmayılov küçəsi 47 ünvanında yerləşən ofisə basqın edərək oranı talamaq qərarına gəlib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, bu məqsədlə o, tanışları Bakı şəhər sakinləri Elnur İlqar oğlu Əsgərov Əli Canbulat oğlu Məmmədovla cinayət əlaqəsinə girib. 

Onlar bıçaq və tapança ilə silahlanaraq qrup şəklində 24 iyun 2016-cı ildə firmalardan birinin Lənkaran ofisinə daxil olaraq, buranın işçiləri Azər Əlisəfa oğlu Babayev Rəfail İlham oğlu Əliyevə zor tətbiq edərək, əl-qollarını bağlayıblar. Ofisdə olan pulu aparmaq üçün seyfin açarını tətbiq ediblər. Lakin açarın orda olmadığını görən soyğunçular seyfi obyektin birinci mərtəbəsinə düşürüblər.

Bu zaman firmanın digər əməkdaşının ora gəlməsi və seyfin ağır olması, soyğunçuların planlarını pozub. Polisin xəbər tutacağından ehtiyatlanan cinayətkarlar, gəldikləri "Nissan" markalı avtomobillə oradan uzaqlaşıblar.

Qrup üzvlərindən Əli Məmmədov və Elnur Əskərov Masallı rayonu ərazisində saxlanılıblar. Onların barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Elnur Nuriyev isə hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə axtarışdadır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Lənkəranda ofisə basqın edənlərin görüntüləri yayıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.