Kriminal

Azərbaycanlı diaspor rəhbərinin bir neçə obyekti və avtomobilləri partladıldı

27 İyun 2016 13:39
1 Şərh     Baxış: 2 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Donetsk vilayətinin Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərində "Azərbaycan" Cəmiyyətinin sədri, iş adamı Şahin Bəylərova məxsus bir neçə obyekt - mağaza, kafe, avtoyuma və avtomobillər naməlum şəxslər tərəfindən partladılıb.

Milli.Az bildirir ki, Ş.Bəylərov APA-ya deyib ki, hadisə gecə saatlarında baş verdiyi üçün insan tələfatı yoxdur.
 
Partlayış nəticəsində obyektlər tamamilə yararsız hala düşüb, ikisi Ş.Bəylərova məxsus olmaqla, dörd avtomobil sıradan çıxıb.
 
Partlayış kənardan idarə olunan qurğu ilə törədilib.
 
Hadisənin kimlər tərəfindən törədildiyi hələlik bilinmir, yerli polis araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.