Kriminal

İki tondan çox zəhəri yandırdılar - FOTO

25 İyun 2016 18:16
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları "Xaşxaş-2016" şərti adı altında əməliyyat tədbiri keçirib. Nəticədə rayonun Fısdıqlı kəndi yaxınlığında istifadə olunmayan 1,2 hektar ərazidə yabanı halda bitmiş çətənə kolları aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə ümumi sayı 6 574 ədəd olan  2,435 ton çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.
 
RPŞ-dən bildirilib ki, narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.