Kriminal

Atasını baltalayan şəxsin qardaşı danışdı - VİDEO - FOTO

24 İyun 2016 18:34
8 Şərh     Baxış: 3 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cavan oğlandır, atamın əlindən baltanı alıb vurub başına.

Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə iyunun 23-də rayonun Əliabad qəsəbəsində baş verib.
 
Rayonun Əliabad qəsəbə sakini, 1938-ci il təvəllüdlü Kərim Məhərrəm oğlu İmranovla birgə yaşadığı oğlu, 1965-ci il təvəllüdlü Zahir arasında mübahisə yaranıb.
 
Milli.Az Region TV-yə istinadən xəbər verir ki, mübahisə daha sonra qızışaraq davaya çevrilib. Öncə 78 yaşlı ata oğluna balta ilə bir neçə zərbə vurub. Daha sonra oğul baltanı atasından alaraq onun baş nahiyəsinin arxa hissəsinə vuraraq qətlə yetirib.
 
Mərhumun digər oğlu Cəlal İmranovun sözlərinə görə, atası özü qardaşını buna məcbur edib: "Atam birinci balta ilə başına vurub. Xəsarət edib. Bu da cavan oğlandır, atamın əlindən baltanı alıb vurub başına".

Zaqatala Rayon Prokurorluğundan verilən məlumata faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Müstəntiq Valeh Şabanov təqsirkar şəxsin saxlanıldığını bildirib: "Törədilən cinayətlə bağlı mərhumun oğlu 1965-ci il təvəllüdlü İmranov Zahir Kərim oğlu, həmin cinayəti törməkdə şübhəli bilinərək tərəfimizdən saxlanılıb. Hazırda cinayət işi üzrə zəruri əməliyyat və ibtidai-istintaq hərəkatları həyata keçilir".



Məlumatda bildirilir ki, Z.İmranov əsəb xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Atasını baltalayan şəxsin qardaşı danışdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.