Kriminal

17 yaşlı qızı qardaşı qətlə yetirib - VİDEO

22 İyun 2016 23:09
117 Şərh     Baxış: 10 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, iyunun 19-da Əsrik çayının Tovuzun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan 17 yaşlı Günay Gülməmmədovanın qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub. Aşağı Quşçu kənd sakini 22 yaşlı Ruslan Gülməmmədov bacısını bıçaqla boğazını kəsərək öldürüb, çayın üzərindəki körpünün altına atıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Ruslan Gülməmmədov saxlanılıb.

Aşağı Quşçu Bələdiyyəsinin sədri Tofiq Hüseynov da faktı təsdiqləyib.

17 yaşlı qız orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Anası bir müddət əvvəl vəfat edib, taksi sürücüsü olan atası isə başqa qadınla ailə qurub.

Videonu izləmək üçün şəklə klikləyin:
17 yaşlı qızı qardaşı qətlə yetirib

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.