Kriminal

Kürdəmir sakinindən yarım kiloya yaxın marixuana aşkarlanıb - VİDEO

30 May 2016 23:54
0 Şərh     Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir sakinindən narkotik tərkibli maddə götürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elman Haqverdiyev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirərkən ondan kibrit qutusunda qablaşdırılmış çəkisi 5.53 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Daha sonra E.Haqverdiyevin rayonun Heydər Əliyev küçəsində yerləşən mənzilinə baxış keçirərkən əməliyyatçılar oradan da, ümumi çəkisi 455 qram eyni tərkibli narkotik götürüblər.

İlkin dindirmə zamanı təqsirləndirilən şəxs ümumi çəkisi 460,53 qram olan narkotik tərkibli maddəni ötən ilin avqustunda naməlum mənbədən şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Qeyd edək ki, Elman Haqverdiyev əvvəllərdə oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kürdəmir sakinindən yarım kiloya yaxın marixuana aşkarlanıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.