Kriminal

Gəncədə Gürcüstan vətəndaşı döyüldü

28 May 2016 13:45
0 Şərh     Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə döyülmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstan vətəndaşı, hazırda Göygöl rayonunda yaşayan 1964-cü il təvəllüdlü Qulam Əhmədoğlu beyin silkələnməsi və burun sümüyünün sınığı əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb.

Özünün dediyinə görə, o, şəhərin "Dubay bazarı" adlanan ərazisində 3 nəfərin hücumuna məruz qalaraq döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.