Kriminal

Gürcüstanlının qazax "biznes"inə polislər zərbə vurdular

27 May 2016 12:02
0 Şərh     Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan vətəndaşı ölkəmizdə asan yolla pul qazanmaq istəyinə düşdü.

Borcunu qaytarmaqda çətinlik çəkən xalası oğlunu da öz cinayət əməlinə alət edən şəxs Bakıda niyyətinə çata bilmədiyini görəndə Qazağa üz tutdu. Mağazalara qənim kəsilənlər polisə elə buradaca yaxalandılar.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gürcüstan vətəndaşı, 22 yaşlı Elnur Əliyev və onun qohumu, Bakı şəhər sakini Ceyhun Nəsibov Qazaxda 4 mağazadan pul və mobil telefon üçün danışıq kartları oğurlamaqda təqsirləndirilirlər. Onlar mağaza sahiblərinə ümumilikdə 1100 manat məbləğində ziyan vurublar. Polisin saxladığı qohumlar ilkin ifadələrində burada törətdikləri cinayət əməlindən öncə paytaxtda bir neçə mağazanı qarət etməyi planlaşdırdıqlarını etiraf ediblər. Obyektlərə quraşdırılan təhlükəsizlik siqnalı onları fikirlərindən daşındırıb. Qazaxda isə işlərinin daha asan olacağını düşünüblər.

Saxlanılan şəxslərin digər cinayətlərdə iştirakı istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.