Kriminal

Bakıda 27 yaşlı qızı əcnəbi sevgilisi döydü

25 May 2016 12:40
1 Şərh     Baxış: 1 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonunda cinayət hadisəsi baş verib. 

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun 7-ci Əhmədli küçəsi, ev 10-da qeydə alınıb. 

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü A.Q. polisə şikayət edərək əcnəbi sevgilisi tərəfindən döyüldüyünü bildirib. O, qeyd edib ki, uzun müddətdir Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Nasrullah Mohsen Sadehgi ilə qeyri-rəsmi yaşayıb. 

27 yaşlı qızın sözlərinə görə, son günlər əcnəbi sevgilisi ilə münasibətləri gərginləşib. Sonuncu dəfə sevgilisi ilə mübahisə edən qız döyülüb. O, xəstəxanada tibbi yardım alıb. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.