Kriminal

Oğrular mağazadan pul tapmayıb, şokolad apardılar - FOTO

6 May 2016 18:23
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa rayonunda magistral yolun ətrafında fəaliyyət göstərən obyektə gecə saatlarında daxil olan şəxs və ya şəxslər 50 manat qəpik pul və 500 manat miqdarında ərzaq malları götürüblər.

Kəpəz TV (Region TV) xəbər verir ki, mağaza sahibi Azər Allahverdiyev səhər saatlarında obyekti açmağa gələrkən qalın zəncirin və kilidin qırıldığını və marketin soyulduğunu görüb. Zərərçəkənin sözlərinə görə, "qəhrəmanlar" satış mərkəzindən nəğd pul tapa bilmədiklərindən, əsasən, bahalı içkilər, şokolad və digər ərzaqlar aparmağa nail olublar.

Kənddə digər yağmalanan obyekt isə Famil Abbasova məxsusdur. Obyektə kiçik pəncərədən daxil olan oğrular oradan müxtəlif ərzaq, tütün və bahalı içkilər götürüblər. Baş verən hadisələrlə bağlı araşdırmalara başlanıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.