Kriminal

Gəncədə qadını evində öldürdülər - YENİLƏNİB

4 May 2016 19:11
0 Şərh     Baxış: 2 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:11

Gəncə şəhər sakinin evində bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb. APA-nın verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirən şəxs müəyyən olunaraq saxlanılıb. Məlum olub ki, cinayəti törədən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü İlham Abbasovdur. İlkin ehtimala görə qətl borc üstündə törədilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.

-----------

16:30

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) bədənin kəsilmiş-deşilmiş yaraları ilə qadın gətirilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, qadının bıçaqlandığı bilinib və o əməliyyat edilib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Araşdırmalar nəticəsində məlub olub ki, bıçaqlanan şəxs Nahidə İsmayılova adlı şəhər sakinidir. Polis qadını bıçaqlayan şəxsin kimliyini müəyyən etməyə çalışır. 

----------

15:48

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) bədənin kəsilmiş-deşilmiş yaraları ilə qadın gətirilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, qadının bıçaqlandığı bilinib və o əməliyyat edilib. Həkimlər xəstənin vəziyyətini orta-ağır olaraq qiymətləndirir. Araşadırmalar nəticəsində məlub olub ki, bıçaqlanan şəxs Nahidə İsmayılova adlı şəhər sakinidir. Polis qadını bıçaqlayan şəxsin kimliyini müəyyən etməyə çalışır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.