Kriminal

Avtobus sürücüsü ilə dava etdilər, 2 nəfər bıçaqlandı

4 May 2016 13:23
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə yol verməmək üstündə mübahisə 2 nəfərin bıçaqlanması ilə yekunlaşıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 7 nömrəli marşrut xətti ilə şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən sürücü, Gəncə şəhər sakini, 29 yaşlı Elşad Həsənovla hələlik adları məlum olmayan 2 nəfər arasında avtomobilə yol verməmək üsündə mübahisə düşüb. Baş verən hadisə nəticəsində Elşad Həsənov və daha bir nəfər Goranboy sakini, 30 yaşlı Xəyal Abuzərov bıçaqlanıb. Hər iki yaralı dərhal Gəncə şəhər TTYX-ya çatdırılıb. Tibbi yardım göstərilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla əlaqədar hüquq mühafzə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.