Kriminal

Sabiq polis əməkdaşının şikayəti əsasında məhkəmə başladı

3 May 2016 19:55
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mobil Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.  
 
APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi mayın 4-də davam edəcək.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin (BMİ) keçmiş əməkdaşı M.Süleymanov Qəşəm Əliyev Almaz Zeynalovadan ümumilikdə 14 min manat pul alıb. Təqsirləndirilən şəxs Q.Əliyev və A.Zeynalovanın oğlunu BMİ-yə işə düzəldəcəyinə söz versə də, buna əməl etməyib və pulu tam qaytarmaqdan boyun qaçırıb. M.Süleymanov dələduzluq yolu ilə aldığı puldan yalnız 8 min 500 manatı geri qaytarıb.
 
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Süleymanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.