Kriminal

Gəncədə arvadının boğazını kəsən ər tutuldu - YENİLƏNİB - FOTO - VİDEO

2 May 2016 18:43
10 Şərh     Baxış: 7 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:43

Kəpəz TV (Region TV) xəbər verir ki, cinayəti törədən artıq tutulub. 

Rəfiqə Musayevanın sağ qalmasını həkimlər möcüzə kimi qiymətləndirirlər.  O, boyun nahiyəsinin kəsilən və kürək hissəsindən bıçaq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Məlum olub ki, şəhərin Nəriman Nərimanov prospektində yaşayan 47 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Dərhal əməliyyat edilən yaralının həyatı üçün təhlükə qismən sovuşdurulsa da onun vəziyyəti ağır olaraq qalır. 

Məharət Kərimov - həkim: "Şöbəyə boğaz nahiyəsinin böyük ölçüdə kəsilmiş yarası və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstə gətirilib. Qadın həyat yoldaşı tərəfindən bıçaqla xəsarət alıb. Xəstə əməliyyat olunub, növbəti müalicə üçün reanimasiya şöbəsinə köçürülüb".  

Keçirilən əməliyyat tədbirləri nəticəsində ər tutularaq istintaqa cəlb edilib. İndi onun əməli barədə düşünmək üçün kifayət qədər vaxtı olacaq. Fakt üzrə də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. 

-----------

10:26

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, həkim Məharət Kərimov əri tərəfindən bıçaqlanan xanımın səhhəti barədə məlumat verib: Şöbəyə boğaz nahiyəsinin böyük ölçüdə kəsilmiş yarası və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstə gətirilib. Qadın həyat yoldaşı tərəfindən bıçaqla xəsarət alıb. Xəstə əməliyyat olunub, növbəti müalicə üçün reanimasiya şöbəsinə köçürülüb.  

Faktla bağlı araşdırmalar aparılır. 

----------

09:13

Gəncədə ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib.  

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsi, ev 249-da yaşayan 47 yaşlı Rəfiqə Musayeva həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qadın döş qəfəsinin kəslimiş-deşilmiş, boyun nahiyəsinin dairəvi kəsiyi diaqnozu ilə xəstəxanaya gətirilib. Əməliyyat edilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalar aparılır. 

Milli.Az

----------

12:25

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncədə qadının boğazı kəsildi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.