Kriminal

"Gəzirdim, bloklardan götürüb satırdım" - Velosiped oğrusu - VİDEO - FOTO

29 Aprel 2016 18:07
2 Şərh     Baxış: 3 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu oğrunu tanıyanlar polisə mürəciət etsinlər. 

Daxili işlər orqanları mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə velosiped oğurluqları edən Yasamal rayon sakini, əvvəllər məhkum olunan Eldar Ələsgərov saxlanılıb. Onun paytaxt ərazisində 50-dən artıq velosiped oğurladığı sübuta yetirilib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs velosipedləri oğurladıqdan sonra sataraq maddi gəlir əldə edib.  

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları saxlanılan şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Səbail RPİ-nə müraciət edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.