Kriminal

"Coca-Cola"nın müdirini öldürən Azərbaycan vətəndaşı məhkəmədə

29 Aprel 2016 14:06
0 Şərh     Baxış: 2 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Coca-Cola" şirkətinin Sankt-Peterburqdakı zavodunun direktoru Dmitri Soşnevi öldürməkdə şübhəli bilinən şəxslərin təqsiri sübuta yetirilib.

Milli.Az anspress-ə istinadən bildirir ki, saxlanan Vyaçeslav Finogenov və Azərbaycan vətəndaşı olan Denis Çxitauri qətl, quldurluq, sənədlərin oğurluğu, silah və narkotiklərin qanunsuz dövriyyəsi və bir sıra başqa maddələrlə ittiham ediliblər. Təqsirləndirilən Azərbaycan vətəndaşının və digər şəxsin işi üzrə istintaq artıq yekunlaşıb. Cinayət işinə görə 15 ekspertiza keçirilib və müstəntiqlər həmin əldə edilən sübutları onların həbsi üçün yetərli sayıblar.

Tutulan şəxslər barədə məhkəmə qərarının yaxın günlərdə açıqlanacağı bildirilir.

Sankt-Peterburqda yoxa çıxan "Coca-Cola ABC Avrasiya" zavodunun direktoru 37 yaşlı Dmitri Soşnevin meyiti 2014-cü il dekabrın 3-də tapılıb.

Aparılan araşdırmalar nəticəsində həmin şəxsin öldürüldüyü məlum olub. Aparılan araşdırmalar nəticəsində qətldə ittiham edilən şəxslər saxlanılıb. Polisin məlumatına görə, onlardan biri 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxitauri və 46 yaşlı Vyaçeslav Finogenovdur.

Məlumata görə, onlar iş adamına Frunzensk rayonunda görüş təyin ediblər. Orada direktora atəş açılıb.
Daha sonra qatillər mərhumun üzərindəki 150 min rubl (təqribən 3 min 495 manat) pulu və maşının sənədlərini götürərək hadisə yerindən qaçıblar.

Şübhəli şəxslər hadisəni törətdikləri yeri göstəriblər. Qətlə yetirilən Dmitri Soşnevi sonuncu dəfə 2014-cü ilin noyabr ayının 28-də zavodun ərazisində görüblər. Yoxa çıxdığı gün Soşnevin üstündə böyük məbləğdə pul olub. Dekabrın 1-də qohumları onun itkin düşməsi haqda polisə müraciət edib.
Soşnev uzun müddət narkotik maddə istifadəçisi olub. Onun narkotik üstündə yaranan mübahisəyə qurban gedə biləcəyi istisna edilmir. Öldürülən direktorun iki uşağı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.