Kriminal

Bakıda heroin satan qadın tutuldu

13 Fevral 2016 12:01
1 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, saxlanılan hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat -axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Rəhman Allahquliyev saxlanılıb. Onun üzərindən 0,468 qram heroin aşkar olunaraq götürülüb.

R.Allahquliyev ona heroini kimin satdığını açıqlayıb. Keçirilən daha bir əməliyyatla R.Allahquliyevə heroini satan Bakı şəhər sakini, əvəllər məhkum olunmuş, 1973-cü il təvəllülü Sevda Qasımova da saxlanaılıb. S.Qasımovadan 0,388 qram heroin götürülüb.

Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.