Kriminal

"Özbaşınalıq"dan 10 min "qazandılar"

12 Fevral 2016 12:55
1 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Türkiyə vətəndaşını döyüb bıçaqla hədələyiblər.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, Ə.Əliyev küçəsində bir müddət öncə baş verən hadisəyə görə cinayət işi açılıb.

Bakı şəhər sakinləri - 1964-cü il təvəllüdlü Əlif İbrahimov və 4 nəfər naməlum şəxs Türkiyə vətəndaşı, 1971-ci il təvəllüdlü Hakan Şüngülü döyərək bıçaqla hədələyiblər.

H.Şüngülün həmin şəxslərə külli miqdarda borcu olub və qaytarmayıb. Ə.İbrahimov və digər şəxslər onu döydükdən sonra cibindəki 10 min manat pulu götürüb gediblər.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 322-ci (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.