Kriminal

Müəllim həmkarlarını güllələdi: 6 nəfər öldü - YENİLƏNİB

11 Fevral 2016 17:41
0 Şərh     Baxış: 1 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:27

Səudiyyə Ərəbistanında faciəvi hadisə baş verib.

Milli.Az xəbər verir ki, anspress -in məlumatına görə, müəllim həmkarlarını güllələyib.

Hadisə Səudiyyə Ərəbistanının cənub-qərbində Cjizan əyalətində baş verib. Hadisənin motivi bəlli olmasa da, altı nəfərin öldüyü qeyd olunur. Yerli hakimiyyət orqanları müəllimin hansı səbəbə həmkarlarını güllələdiyini açıqlanmayıb. Polis hadisə yerini mühasirəyə alaraq müəllimi həbs edib.

Səudiyyə Ərəbistanının daxili işlər naziri Mansur Turki olayı kriminal hadisə kimi qeyd edib. Onun sözlərinə görə, silahlı müəllim Səudiyyə Ərəbistanı Təhsil Departmentinin binasına girərək atəş açıb. Belə hadisələr Səudiyyə Ərəbistanında çox nadir hallarda baş verir.

-----------

17:41

Səudiyyə Ərəbistanında məktəbə silahlı hücum olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində ən azı 6 nəfər ölüb.

Yaralıların da olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.