Kriminal

Rusiyada azərbaycanlı qandallandı - VİDEO

11 Fevral 2016 14:25
0 Şərh     Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada azərbaycanlı tutulub.

Anspress-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, 41 yaşlı azərbaycanlı Primorye rayonunda narkotik vasitələrin alqı-satqısında şübhəli bilinərək saxlanılıb. 

Bildirilir ki, həmin şəxs saxlanan zaman onun avtomobilində axtarış keçirilib. Bildirilir ki, hüquq-mühafizə orqanları saxlanılan şəxsi uzun müddət izləyiblər. Buna görə onun iş başında yaxalanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyatın keçirilməsində xüsusi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin, həmçinin cinayət axtarış şöbəsinin əməkdaşları cəlb olunublar.

Polis əməkdaşları saxlanılan şəxsin yaşadığı mənzildə də axtarışlar aparıb və narkotik vasitələrlə yanaşı 3 milyon rubl (təqribən 60 min manat) məbləğində pul aşkar edərək götürüb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyada azərbaycanlı qandallandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.