Kriminal

"Yaxşı edib məni tutdurmusunuz" dedi, 9 il iş aldı

11 Fevral 2016 13:59
0 Şərh     Baxış: 1 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini, 1969-cü təvəllüdlü Roza Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

R.Abbasova məhkəmədə fasilə zamanı zərərçəkənləri təhqir edib. Digər zərərçəkənə isə: "Sən yaxşı edib, şikayət edib məni tutdurdun. Məhkəmədə bunların iç üzü ortaya çıxdı", - deyib.

Hökmə əsasən, R.Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Roza Abbasova Sədərək Ticarət mərkəzində alver edib. Oradakı tanışlarının etibarından sui-istifadə edərək 143 min manat alıb. Vəd edib ki, Türkiyəyə gedərək onlara mal gətirəcək. Lakin 15 nəfər zərərçəkənə nə mal göndərib, nə də pullarını qaytarıb.

R.Abbasova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.