Kriminal

Ağcabədidə həkim qadın öldürüldü - YENİLƏNİB - FOTO

11 Fevral 2016 14:05
8 Şərh     Baxış: 4 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:05

Ağcabədi rayonunda ötən gecə qətlə yetirilən qadının meyidi qonşuları tərəfindən aşkarlanıb.   
 
Mərhum Kamilə Əhmədovanın qardaşı Kamil  Mehrəliyev APA-ya bildirib ki, bacısının Bakıda yaşayan övladları anaları telefon zənglərinə cavab vermədiyindən qonşulara zəng edərək nigaran qaldıqlarını deyiblər: "Evə gələn qonşular qapını açıq, bacımın meyidinin dəhlizdə olduğunu görüblər. Ev qan içində  olub. Bacım heç çəkmələrini də soyunmayıbmış".
 
Yaxınları mərhum K. Əhmədovanın evə daxil olarkən qatil və ya qatillərlə qarşılaşdığını, onun ütü ilə başından vurularaq öldürüldüyünü ehtimal edirlər. Onlar qətlin oğurluq, qarət məqsədi ilə törədildiyini düşünmürlər. Məlumata görə, mərhumun qızılları üstündə olub.
 
O da bildirilib ki, K. Əhmədovanın qızı və oğlu Bakıda yaşadığı üçün o, evdə tək yaşayırmış. K. Əhmədovanın evində Ağcabədidə ali məktəbdə təhsil alan tələbə qızlar kirayədə qalırlar. Hazırda qış tətili olduğu üçün tələbələr evdə olmayıblar.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
 

---------

11:15

Ağcabədi rayonunda qətlə yetirilən qadın həkim olub.
 
APA-nın xəbərinə görə, qətə yetirilən 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı evdə tək yaşayıb. Rayonda həkim kimi çalışan qadının övladlarının Bakıda yaşadıqları bildirilir. 
 
Məlumata görə, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında ölüb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

----------

10:46

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb. 

Rayon sakini olan 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı Üzeyir Hacıbəyov-13 ünvanında qətlə yetirilib.
 
İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən öldürülüb.
 
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.