Kriminal

81 yaşlı qadın özünü öldürdü

10 Fevral 2016 18:37
6 Şərh     Baxış: 2 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Yaşlı qadın sirkə turşusu içib.

Milli.Az xəbər verir ki, Ağcabədi rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, hadisə Ağcabədi şəhərinin Səməd Vurğun küçəsindəki mənzillərdən birində qeydə alınıb. Həmin küçədəki mənzillərdən birində yaşayan 1935-ci il təvəllüdlü Sevil Musa qızı Babayeva gecə saatlarında sirkə turşusu içib. Vəziyyətdən xəbərdar olan ailə üzvləri 81 yaşlı qadını dərhal Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Vəziyyəti ağır olan Sevil Babayevaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Onun intihar səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəstəxanada dünyasını dəyişən qadın qızı ilə yaşayırmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.