Kriminal

Əmisi oğlunun evindən oğurluq etdi - VİDEO - FOTO

10 Fevral 2016 18:15
0 Şərh     Baxış: 2 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə yaşayış evi qarət edilib. Polisin araşdırmaları ilə ev yiyəsinin malına öz əmisi oğlunun göz dikdiyi məlum olub.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, fevral ayının 7-də Şəmkir sakini Sayad Qəhrəmanovun evindən 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda oğurluğun kim tərəfindən törədilməsini müəyyən edib. Məlum olub ki, Qəhrəmanovun evini qarət edən doğma əmisioğlu Ramiz Zirəddinlidir.
 
Taleh Şamilov - müstəntiq: "Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sayad Qəhrəmanovun evindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən 1991-ci il təvəllüdlü Ramiz Zirəddinli maddi sübutlarla birlikdə saxlanılıb". 

Ramiz Zirəddinli cinayət əməlini etiraf edib. İfadəsində oğurluğu evdə heç kimin olmamasından istifadə edərək törətdiyini deyib. Bundan əvvəl digər qohumlarının evində də oğurluğa cəhd göstərən şəxs əməlindən peşman olduğunu dilə gətirib.

Ramiz Zirəddinli - saxlanılan şəxs: "Əvvəlcə küçənin baş tərəfində dayandım. Gördüm ki, əmim oğlunun evində işıq yanmır. Yaxınlaşıb çəpərdən həyətə, sonra pəncərədən içəri daxil oldum. Evdə pul tapa bilmədim, qızılları götürüb çıxdım". 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Zirəddinlinin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəmkir sakini əmisi oğlunun evindən oğurluq edib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.