Kriminal

Erməni qadın həmcinsini doğradı

10 Fevral 2016 18:03
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Stavropol diyarının Georgiyevsk şəhərində erməni qadın öz cinsindən olan soydaşını qətlə yetirib.

Report Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Ermənilər İttifaqının Stvaropoldakı bölməsinin sədri Georgi Safarov bildirib .
Onun sözlərinə görə, münaqişə məişət zəmində baş verib. Onların hər ikisi Rusiya vətəndaşlarıdır.

Məlumata əsasən, 41 yaşlı 3 uşaq anası Lusine Arustamyan başqa bir erməni tərəfindən qəddarcasına qətlə yetirilib. O, yaşadığı İnozemtsevo qəsəbəsindən Georgiyevsk şəhərinə 40 yaşlı qadından borcunu almağa gedibmiş. Bu zaman onlar arasında münaqişə yaranıb və borclu qadın bıçaqla ona hücum edib, öldürdükdən sonra Lusineni doğrayaraq, çantaya yığıb. Çantanı isə Podkumok çayına tullayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətl Yeni il bayarmı qabağı törədilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.