Kriminal

Nardaranda evləri talayan 5 nəfərlik dəstə saxlanıldı

9 Fevral 2016 18:11
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nardaran qəsəbəsində evlərdən oğurluq edən beş nəfərlik dəstə saxlanılıb.

Milli.Az report-a istinadən bildirir ki, Ceyhun Nuriyev, Mehdi Kərimov, Murad Əbdülov, Rəsul Haşımov Əbdüləli Babazyev adlı şəxslər qəsəbədə bir neçə evə hasardan keçərək oğurluq etməkdə şübhəli bilinir.

Onlar 2015-ci ildən etibarən Nardaran qəsəbə sakinlərinin həyətindən dəfələrlə oğurluq ediblər. Həmin şəxslər qəsəbə sakini Sona Kazımovanın həyətindən 6 ədəd meyvə ağacı, qəsəbə sakini Həmid Bağırovun həyətindən dəmir borular və Şövqi Dadaşovun evindən məişət əşyaları oğurlayıblar.

Saxlanılan şəxslərin digər cinayətlər törətməsinə dair şübhələr də var.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.