Kriminal

Göyçayda narkotik alverçisi tutuldu

9 Fevral 2016 13:21
0 Şərh     Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda narkotik vasitələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olan şəxslər tutulublar.

Milli.Az APA-ya istinadən bildirir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 28-də yaşayan, 1994-cü il təvəllüdlü Hacızadə Kənan Kamran oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən çəkisi 7.86 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin, Ucar rayonu Qarabörk kənd sakini Şıxəliyev Əli Ağasəf oğlu Göyçay rayon ərazisində şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilərək üzərində axtarış aparılarkən cibindən satış məqsədilə saxladığı 7.05 qram qurudulmuş marixuana, ona məxsus 10-SV-619 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobilindən isə 24.87 qram marixuana aşkar olunub.

Həmçinin, polis əməkdaşları tərəfindən Göyçay rayonunun Ərəbcəbirli kənd sakinləri - Rzayev Qüdrət Sarvan oğlundan çəkisi 8,19 qram və Abdullayev Alim Abdulla oğlundan satış məqsədilə saxladığı 9,08 qram qurudulmuş marixuna aşkar edilib.
 
Saxlanılaraq istintaqa təhvil verilənlərin hər biri barədə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.