Kriminal

Ağdamda oğurlanan heyvanlar tapılıb - FOTO

8 Fevral 2016 23:27
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam polisi bu gecə oğurlanan iribuynuzlu heyvanların izi ilə gedərək, 5 gün əvvəl oğurlanan xırda buynuzlu heyvanları da tapıb.

Milli.Az xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov APA-ya açıqlamasında bildirib ki, fevralın 8-də səhər saat 06:00-da rayonun Əfətli kənd sakini Əliyev Zahid Novruz oğlu, 3 baş iribuynuzlu heyvanının oğurlanması barədə polis şöbəsinə məlumat verib. Əməliyyat qrupu dərhal oğurlanmış heyvanların izinə düşüb. Axtarış tədbirləri nəticəsində oğurlanmış mal-qara Ağcabədi rayonunun Kürdlər kənd sakini, 1980-ci il təvəllüdlü Şirinov Aydın Əhəd oğlunun  Kürdlər kəndinin ərazisində yaşadığı fermadakı  tövlədə tapılıb.
 
Polis rəisi E. Qasımov onu da bildirib ki,  polis əməkdaşlarının axtarışı nəticəsində,  Əfətli kənd sakini Hüseynov İlham Cümşüd oğlunun fevralın 5-də oğurlanmış 13 baş qoyunu  A. Şirinovun tövləsində aşkarlanıb. Tapılan mal-qara sahiblərinə qaytarılıb. Polis əməkdaşlarının fermaya gəldiyini görən Aydın Şirinov qaçaraq aradan çıxıb. Onun həyat yoldaşı Şirinova Gülnar polis əməkdaşlarını ərinin oğurluq etdiyini təsdiqləyib. Hər iki fakt üzrə cinayət işi açılıb. Aydın Şirinovun axtarışı davam edir.
 
Ağdam RPŞ-dən onuda bildiriblər ki, Aydın Şirinov əvvəllər Azərbaycan Respublikasının CM-nin 149.1, 150.1-ci maddəsilə (zorlama, seksual xarakterli zorakılıq hərəkətləri etdiyinə görə) məhkum olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.