Kriminal

Azərbaycanlı Rusiyada şirkət rəhbərini öldürdü

8 Fevral 2016 14:52
1 Şərh     Baxış: 1 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada azərbaycanlı şirkət rəhbərini qətlə yetirib.

APA-nın "Tulskiye novosti" saytına istinadən verdiyi xəbərə görə, hadisə fevralın 6-da gecə saatlarında Tula vilayətində baş verib.
 
Elektromontaj işləri ilə məşğul olan "Balqa" MMC-nin direktoru Oleq Buyanov kafe yaxınlığında öldürülüb. Vilayət üzrə İstintaq Komitəsinin yaydığı məlumata görə, firma direktoru ilə milliyyətcə azərbaycanlı olan tanışı arasında münaqişə baş verib. Münaqişəyə səbəb O.Buyanovun azərbaycanlıya borcu olub. Həmyerlimiz O.Buyanova iki zərbə endirib, nəticədə o, hadisə yerində ölüb.
 
Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.