Kriminal

Arvadını öldürənin cəzası azaldıldı

8 Fevral 2016 11:30
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən İlqar Qocamanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmə onun şikayətini təmin edərək, cəzasını 14 ildən 11 il 3 aya endirib.

Qeyd edək ki,  İ.Qocamanov həyat yoldaşı Rəna Qocamanovanı bir neçə bıçaq zərbəsi vurmaqla ona ağır dərəcəli bədən xəsarəti yetirib. İ.Qocamanov Cinayət Məcəlləsinin 29.120- ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Qocamanov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının azaldılması ilə bağlı apellyasiya şikayəti verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.