Kriminal

Qətldə təqsirləndirilən 18 yaşlı qız məhkəməyə müraciət etdi

8 Fevral 2016 11:21
0 Şərh     Baxış: 1 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətldə təqsirləndirilən 18 yaşlı Aydan Xalitova barəsində olan hökmdən kassasiya şikayəti verib.

Milli.Az APA-ya istinadən bildirir ki, kassasiya şikayətinə Ali Məhkəmədə fevralın 10-da baxılacaq.
 
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Aydan Xalitova münaqişə zəminində 1991-ci il təvəllüdlü Şəms Abdullayevanı bıçaqla qətlə yetirib.  Aydan Xalitova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydan Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydan Xalitova apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Lakin şikayəti təmin edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.