Kriminal

22 yaşlı oğlanı yaşlı qonşusu bıçaqladı

8 Fevral 2016 09:55
1 Şərh     Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə 22 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlanıb. 

Milli.Az bildirir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, fevralın 7-də saat 20:40 radələrində rayonun Şambul kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Adil oğlu Rəhimov qarının sol yan nahiyəsinin kəsilmiş-cırılmış xəsarəti ilə xəstəxanaya daxil olub. N.Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır. Məlumatda bildirilir ki, N.Rəhimov adı və soyadı bilinməyən yaşlı qonşusu tərəfindən bıçaqlanıb. N.Rəhimovu xəstəxanaya elə onu bıçaqlayan şəxs gətirib. Daha sonra hadisəni törədən şəxs Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə aparılıb.  

Balakən RPŞ-nin növbətçi hissəsindən APA-ya verilən məlumatda N.Rəhimovun bıçaqlanması faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.