Kriminal

Vəhşi cinayət: kameralar önündə 32 yaşlı azərbaycanlını qətlə yetirdilər

7 Fevral 2016 13:58
10 Şərh     Baxış: 16 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Odessa şəhərinin Admiralsk prospektində uzun müddətdir orada yaşayan azərbaycanlı qətlə yetirilib.

Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, qətl fevralın 6-da gecə baş verib. Azərbaycanlını "Vimpel" barından bir az aralıda öldürüblər. Odessa polisinin verdiyi məlumata görə, ona iki bıçaq zərbəsi vurulub.

Şahidlər deyiblər ki, 32 yaşlı azərbaycanlı bardan çıxıb, öz "Mercedes"inə oturub, bu zaman ona üç nəfər hücum edib. Hücum edənlər azərbaycanlını avtomobildən sürüyüb çıxarıblar, döyüblər və daha sonra sinəsindən iki bıçaq zərbəsi ilə soyuqqanlılıqla öldürüblər.

"Onlar qorxmurdular ki, birdən kimsə bu cinayəti görər. Yaxınlıqda videomüşahidə kameraları da var, ancaq onlar çəkinmirdilər", - şahidlərdən biri deyib.

Məlum olub ki, öldürülən azərbaycanlı xeyli vaxtdır Ukrayna vətəndaşlığı daşıyırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.