Kriminal

Gənc oğlan sosial şəbəkədə tanış olduğu qadının toruna düşdü

6 Fevral 2016 14:00
5 Şərh     Baxış: 5 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quldurluq edən Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Milli.Az DİN-in saytına istinadən bildirir ki, fevralın 5-də Bakı şəhər sakini Fərid Şükürov polisə müraciət edərək yanvarın 17-də sosial şəbəkədə tanış olduğu bir qadınla əvvəlcədən razılaşdırdıqları yerdə görüşdüklərini, orada tanımadığı 3 nəfərin ona hədə-qorxu gələrək 240 manatını almalarını, yenidən pul gətirməyəcəyi tədqirdə öldürəcəkləri ilə hədələmələrini, fevralın 4-də isə daha 100 manat tələb etmələrini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.