Kriminal

Azərbaycanda qadın kişini bıçaqladı

6 Fevral 2016 13:41
0 Şərh     Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az DİN-in rəsmi saytına istinadən bildirir ki, Yevlax şəhərində yaşayan Azər Əhmədova bıçaqla xəsarət yetirmiş Lyudmila Novruzlu tutulub. 

Belə ki, yanvarın 29-da Yevlax şəhərində yaşayan Azər Əhmədov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib.

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılmış araşdırmalarla A.Əhmədovla həmyerlisi Lyudmila Novruzlu arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə L.Novruzlu tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.