Kriminal

Karnaval zamanı seksual zorakılıq - Polisə şikayət etdilər

6 Fevral 2016 12:23
3 Şərh     Baxış: 2 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Köln şəhərində polis bölmələrindən birinə şəhərdə keçirilən karnaval zamanı seksual zorakılıqla bağlı 22 şikayət ərizəsi daxil olub. 

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə şəhərin hüquq-mühafizə orqanından məlumat verilib. Polis nümayəndəsi Mixayel Temmenin sözlərinə görə, daxil olan şikayələr ötən ilin göstəricilərini iki dəfə çox üstələyir. 

Hadisə barəsində hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Zorakılığın kim tərəfindən və nə üçün edildiyi öyrənilir. Miqrantların bu hadisələrdə iştirakı barədə, hələ ki, məlumat verilmir.

Bu, Köln şəhərində qeydə alınan ikinci kütləvi zorakılıq halıdır. 2015-ci ilin dekabrın 31-də burada dəmiryolu vağzalının yanında təxminən min nəfər gənc miqrant kişi qadınlara hücum etmişdi. 18 qadın döyülüb, iki qadına cinsi təcavüz olunub. Almaniyanın Hamburq, Ştutqart şəhərlərində də miqrantların qadınlara hücumları qeydə alınıb.

Polisin məlumatına görə, özlərini aqressiv aparan həmin adamlar hüquq mühafizə orqanı əməkdaşlarının xəbərdarlığına baxmayaraq gəlib keçənlərə butulka, yandırıcı maddə atıb, qadınlara təcavüz ediblər. Polis ərazidə sabitlik yaratmağa çalışsa da, bayramı qeyd edənlər vəziyyəti daha da qəlizləşdiriblər. 

Yeni il gecəsi baş verən bu hadisə Almaniyada geniş ictimai əks-səda doğurub. İnsidentə dərhal hökumət və qanunverici orqanların nümayəndələri reaksiya verərək araşdırmalara başlayıblar.

Almaniya kansleri Angela Merkel yeni il gecəsi Köln şəhərində qadınlara qarşı baş verən kütləvi təcavüzdə iştirak edən miqrantların deportasiya edilə biləcəyini açıqlayıb. 

Angela Merkel deportasiya ilə bağlı qanunvericiliyin daha da sərtləşdirilməsini vacib sayıb. O, bununla Almaniyanın qanunlarına tabe olmaq istəməyənlərə xəbərdarlıq siqnalı verib. 

Ötən ildən başlayaraq müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Suriya, Əfqanıstan kimi ölkələrdən insanlar Avropaya üz tutmağa başlayıblar.

Artıq böyük miqrant kütləsi Avropanın sabit və rifahlı inkişafını sual altına alıb. Miqrantlara qarşı ən kəskin mövqe sərgiləyən ölkələr sırasında isə ön yeri Almaniya tutur. 

BMT qaçqınlarla iş üzrə agentliyi (UNHCR) miqrant probleminin böyüdüyünü bildirib və 2015-ci ildə Avropaya dəniz vasitəsilə 400 min miqrantın gəldiyini vurğulayıb. 

Göründüyü kimi, yüksək səviyyədə yaşamaq arzusu ilə Qərb ölkələrinə üz tutan və çətinliklə qəbul olunan miqrantlar onları xoş qarşılamayan əcnəbilərə hikkələrini bu şəkildə nümayiş etdirir. Amma yenidən qapı arxasında qalmamaq üçün bu insanların yerləşdikləri ölkələrin qayda qanunlarına, insanlarına inteqrasiya olunması olduqca vacibdir. Əks halda, miqrant axını problemi başa çatmamış indiki halda dünya yenidən "qovulan miqrantlar"ın təhlükəli dalğası ilə üzləşə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.