Kriminal

Mehriban Hüseynovanın əri danışdı: "Bütün məhəllə eşidib"

5 Fevral 2016 14:12
11 Şərh     Baxış: 11 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlhamə Quliyevanın oğulluğu Orxan və dostu Vüqar Mehriban Hüseynova üçün oyun qurub. Mehribanın mətbuata etdiyi müraciətdə hər şey yazılıb. Onun İlhamə Quliyeva haqqında dediklərinin hamısı doğrudur".

Milli.Az bildirir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov deyib.

Tofiq Hüseynov vurğulayıb ki, xanımı ilə telefonla əlaqə saxlayır:

"İndi Vüqara qarşı iki cinayət işi açılıb. Dələduzluqla bağlı yeni bir cinayət işi də açıla bilər. O, dələduzluqla məşğuldur. Mehribanla telefon vasitəsiylə əlaqə saxlayırıq, səhhəti normaldır. İş prokurorluqdadır. Cavab bizi qane etməsə, Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Çünki mənim həyat yoldaşım günahsızdır. 12 ilə yaxındır ki, onunla evliyəm, xasiyyətinə yaxşı bələdəm. O xanım həyatı boyu elə bir şey etməz.

İlhamə Quliyeva, Orxan və Vüqar bizim həyətimizə gəlmişdilər. Onlar ağzına gələn söyüşlər söyüblər. Bütün məhəllə də eşidib. Bu hadisə keçən ilin oktyabr ayında baş tutmuşdu. Mən bilmirəm ki, hansı nəslin qızıyla ailə qurduğumu? Ona qarşı söyüşlərdən istifadə ediblər. Namuslu və qeyrətli bir qadındır, ona heç kim şər ata bilməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.