Kriminal

Anar Nağılbaz: "Nəyimiz var ki, nəyimizi də oğurlasınlar" - YENİLƏNİB

1 Fevral 2016 19:52
6 Şərh     Baxış: 3 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:52

Tanınmış reper Anar Nağılbazın avtomobilinin şüşələri sındırılaraq içərisindən 450 manat pul oğurlanıb. Abşeron Rayon Polis İdarəsinin verdiyi xəbəri reper özü də təsdiqləyib.
 
O, publika.az-a açıqlamasında deyib:
 
"Bu barədə danışmaq istəmirəm, amma xəbər doğrudur. O qədər də böyük məbləğ deyil. Nəyimiz var ki, nəyimizi də oğurlasınlar".
 
Xatırladaq ki, Anar Nağılbaz keçmiş millət vəkili Rizvan Cəbiyevin oğludur.

----------

17:10

Abşeron rayonunun Masazır qəsəbəsində avtomobildən oğurluq olub.

Milli.Az bildirir ki, Abşeron Rayon Polis İdarəsindən Report-a verilən məlumata görə, naməlum şəxslər Anar Rizvan oğlu Cəbiyevə məxsus avtomobilin şüşələrini qıraraq oradan 450 manat pul oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkmiş şəxs məşhur reper Anar Nağılbazdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.