Kriminal

Qayınanasına 15 bıçaq vurdu

1 Yanvar 2016 18:45
12 Şərh     Baxış: 3 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qayınanasına 15 bıçaq zərbəsi vuran Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Urfan Məsmalıyevin məhkəmə prosesi yekunlaşıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Urfan Məsmalıyav ailə münaişəsi zəmnində qayınanası Mehriban Paşayevaya çoxsaylı bıçaq zərbələri endirib. Amma Mehriban Paşayeva vaxtında Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıdığından həyatını xilas etmək mümkün olub.
 
Urfan Məsmalıyev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib.
 
"Gecə növbəsində də işləyirdim"
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Urfan Məsmalıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, bildirib ki, hadisənin baş verməsinin səbəbkarının məhz qaynanası olub: "Özü hər şeyi bu həddə çatdırdı. Evlənəndən sonra həyat yoldaşımla birgə atamgildə yaşayırdıq. Ər-arvad ikimiz də çörək sexində işləyirdik. Aldığım pulu qəpiyinə kimi arvadıma verirdim. Çox zaman gecə növbəsində də işləyirdim. Qaynanam ağır xəstə olduğuna görə arvadım tez-tez onun yanında qalırdı. Öz oğlu gəlib baş çəkmirdi. Bizə deyirdi ki, təkəm, gəlin mənim yanımda qalın. Ona görə ailəmi də götürüb qaynanamgilə köçdüm".
 
"Məndən pul istəyirdilər"
Urfan Məsmalıyevin sözlərinə görə, qaynanası ilə ilk gündən ulduzları barışmayıb: "Əvvəllər yaxşı qazanırdım. Son vaxtlar o qədər də pulum olmurdu. Həm də axır vaxtlar özüm pul vermirdim. Qaynanamgil bir neçə bankdan kredit götürmüşdülər. Dəqiqəbaşı məndən pul istəyirdilər. Çox zaman müdirdən alıb verirdim, işə piyada gedib-gəlirdim. Pul verməyəndə isə narazılıq yaradır, dava-dalaş salırdı. Yeri gəldi-gəlmədi ağzına gələni danışır, məni təhqir edirdi. Dəfələrlə söymüşdü, evdən qovmuşdu, polisə də şikayət etmişdi. Məcbur qalaraq evdən çıxmışdım. Hətta qayınanam məni intihar dərəcəsinə çatdırmışdı. İstəyirdim kimsə öldürüm, mənim canım bu arvaddan birdəfəlik qurtarsın. Neçə vaxt idi atamgildə qalırdım. Arvadım isə yenə də anasının yanında qalır, ona qulluq edirdi. Hadisə baş verən gün yoldaşıma zəng vurub onu 24 saylı məktəbin qarşısına çağırdım. O da gəldi. Dedim ki, Lalə, kirayə ev tutmuşam, gəl gedək bir yerdə yaşayaq. Mənə dedi ki, anam icazə vermir. Onun bu sözündən əsəbiləşdim və iki sillə vurdum. Laləni orada qoyub birbaşa qaynanamın yanına gəldim. Dedim ki, niyə imkan vermirsən yaşayaq, neyləyim, səni vurum öldürüm ki, birdəfəlik canım qurtarsın. Əlimi atıb stolun üstündən bıçaq götürdüm. Elə əsəbiləşmişdim ki, neçə zərbə vurmağımı xatırlamıram. Özümü itirmişdim. Evdən çıxanda arvadımla rastlaşdım. Ona "indi get, bəlkə anan icazə verər" dedim və birbaşa Gəncə Şəhər Polis İdarəsinə getdim. Polis əməkdaşlarına cinayət törətdiyimi bildirdim, bıçağı təqdim etdim. Əməlimdən peşmanam. Cəzamı çəkməyə hazıram".
 
"Urfan evə gec gəlirdi, pul gətirmirdi"
Şahid qismində dindirilən Lalə Məsmalıyeva bildirib ki, həyat yoldaşı Urfanla anası arasında daim mübahisə yaranıb, buna isə ərinin evə normal qazanc gətirməməsi olub: "Anam xəstə olduğuna görə ona baxırdım. Urfan evə gec gəlirdi, pul gətirmirdi. Ona görə də anamla dalaşırdılar. Bir-birlərini başa düşmürdülər. Ən çox pula görə mübahisələri düşürdü. Anamın dediklərini eləmirdi, anam da üstünə gedirdi".
 
Məhkəmənin hökmü ilə Urfan Məsmalıyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.