Kriminal

Keçmiş kürəkənin qaynanasından "qisas"ı - YENİLƏNİB - FOTO - VİDEO

27 Noyabr 2015 18:25
0 Şərh     Baxış: 4 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:25

Samuxda keçmiş kürəkən qayınanasını soydu

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadın xəbər verir ki, Samux rayonunda 4 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib. Dəstə üzvləri 77 yaşlı qadına qarşı qudurluq etməkdə şübhəli bilinir. Onlardan biri zərərçəkənin keçmiş kürəkəni olub.
Noyabrın 21-dən 22-nə keçən gecə naməlum şəxslər Samux şəhər sakini Bəyaz Məmmədovanın mənzilinə daxil olublar. "Çağırılmamış qonaqlar" ev sahibinin ağzını yapışqanlı lentlə bağlayaraq ona bıçaqla hədə-qorxu gəliblər. 

Bəyaz Məmmədova: "Gecə vaxtı yatmağa hazırlaşırdım. Bir də gördüm pəncərədən içəri daxil oldular. Mənim ağzımı bağlayıb dedilər ki, tez elə pulu və qızılları ver. Yoxsa sizi öldürəcəyik". 

Zərərçəkən qızıllarının olmadığını, yalnız 500 manat nağd pul olduğunu bildirib və həmin pulu onlara verib. Pulu götürən şəxslər dərhal evi tərk ediblər. Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bəyaz Məmmədovanın keçmiş kürəkəni - Gədəbəy rayon sakini 41 yaşlı Buta Abdullayev, onun həmyerlisi 33 yaşlı Orxan Əlizadə, eləcə də Ucar rayon sakinləri - 22 yaşlı Anar Rəhimov və 18 yaşlı Mehman Qarayev şübhəli şəxs qismində saxlanılıblar. 

Malik Məmmdədov - Samux rayon Polis Şöbəsinin rəis müavini: "Buta Məmmədov təxminən bir il bundan əvvəl Bəyaz Məmmədovanın qızı ilə qeyri-rəsmi şəkildə ailə qurublar. Bir müddət həmin ünvanda yaşayıblar. Bəyaz xanımın pulu və qızılı olduğunu düşünən həmin şəxs bu barədə dostlarına məlumat verib". 

Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Dəstə üzvləri bildiriblər ki, Samuxda törədəcəkləri quldurluqla bağlı qərarı Bakıda veriblər. Daha sonra onlar əməllərini reallaşdırmaq üçün Gəncəyə, oradan isə Samuxa gəliblər. 

Mehman Qarayev - saxlanılan şəxs: "Biz xalam oğlu Anarla birlikdə gecə saat 3-də həmin ünvana gəldik. Şüşəni sındıraraq içəri daxil olduq. Sonra qadının ağzını bağlayaraq pul tələb etdik". 

Anar Rəhimov - saxlanılan şəxs: "Buta bizə evi göstərdi. Biz də içəri daxil olduq, ancaq pul tapa bildik. Onu da öz aramızda böldük". 

Buta Abdullayev - saxlanılan şəxs: "Bəyaz mənim qayınanam olub. Düşündüm ki, onlarda pul və qızıl var. Gündüzdən gətirib evlərinin yerini göstərdim. Sonra isə biz Gəncədə gözlədik. Bunlar da hadisəni törətdikdən sonra geri qayıtdılar". 

Orxan Əlizadə - saxlanılan şəxs: "Mən ancaq vasitəçi olmuşam. Bu uşaqları Buta ilə tanış etdim. Onlar da dedilər ki, bizdən ötrü iki vuraq ikidir. Əgər pul varsa, həll edərik". 

Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan Orxan Əlizadənin qardaşı Arzu Əliyev bir müddət əvvəl Gədəbəydə törədilən quldurluq hadisəsinin iştirakçısı olub və tutularaq məsuliyyətə cəlb olunub. 

----------

17:27

Kəpəz TV (Region TV) xəbər verir ki, Samuxda soyğun hadisəsi baş verib. 

Noyabrın 21-dən 22-nə keçən gecə naməlum şəxslər Samux şəhər sakini Bəyaz Məmmədovanın mənzilinə daxil olublar. "Çağırılmamış qonaqlar" ev sahibinin ağzını yapışqanlı lentlə bağlayaraq, ona bıçaqla hədə-qorxu gəlib və evdə olan pul və qızıl-zinət əşyalarını tələb ediblər. Zərərçəkən qızıl-zinət əşyalarının olmadığını, yalnız 500 manat nağd pul olduğunu bildirib və həmin pulu onlara verib. Pulu götürən şəxslər dərhal evi tərk ediblər. Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bəyaz Məmmədovanın keçmiş kürəkəni - Gədəbəy rayon sakini, 41 yaşlı Buta Abdullayev, onun həmyerlisi, 33 yaşlı Orxan Əlizadə, eləcə də Ucar rayon sakinləri - 22 yaşlı Anar Rəhimov və 18 yaşlı Mehman Qarayev şübhəli şəxs qismində saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, saxlanılan Orxan Əlizadənin qardaşı Arzu Əliyev bir müddət əvvəl Gədəbəydə törədilən quldurluq hadisəsinin iştirakçısı olub və tutularaq məsuliyyətə cəlb olunub. 

Milli.Az

-------------

17:46

Videonu izləmək üçün şəkilə klikləyin.

Keçmiş kürəkənin qaynanasından

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.