Kriminal

Bakıda iki qız oğlan üstündə bıçaq davasına çıxdı

26 Noyabr 2015 13:22
11 Şərh     Baxış: 4 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu qəsəbəsində intihara cəhd hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsində yaşayan Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Fərqanə Abbasova Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, ev 14 ünvanında yaşayan, 1985-ci il təvəllüdlü İlahə Mustafayevanın evinə gəlib.

O, həmin vaxt İlahə Mustafayeva ilə mübahisə edib. Mübahisə zamanı Fərqanə Abbasova bıçaqla özünə çoxsaylı xəsarətlər yetirib. O, qarın boşluğundan aldığı xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, gənc qızlar arasında mübahisə oğlan üstündə baş verib. Fərqanə Abbasovanın sevdiyi oğlanla sonradan İlahə Mustafayevanın münasibəti yaranıb. Bu münasibətdən sonradan Fərqanə xəbər tutaraq, onun evinə gəlib və özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.