Kriminal

Sərxoş ər arvadını bıçaqladı - VİDEO

26 Noyabr 2015 12:04
0 Şərh     Baxış: 1 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

KANAL S (REGİON TV) xəbər verir ki, bu gün səhər saatlarında İsmayıllının Hacıhətəmli kəndində bıçaqlanma hadisəsi olub. Kənd sakini, 1993-cü il təvəllüdlü Kərimova Kəmalə Yusif  qızı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Kərimov Nicat tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs dərhal İsmayıllı RMX-yə çatdırılıb. Ona sol budun kəsilmiş, deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Məlumata görə, ər hadisəni törədən zaman içkili vəziyyətdə olub. Nicat Kərimov şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb, fakt araşdırılır. 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Sərxoş ər arvadını bıçaqladı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.