Kriminal

Azərbaycanlı iki qadını zorlayaraq öldürüb

25 Noyabr 2015 19:36
13 Şərh     Baxış: 5 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyası İstintaq komitəsinin, Leninqrad vilayəti üzrə istintaq idarəsi iki qadını zorlayıb, daha sonra öldürən Azərbaycan vətəndaşının təqsirini sübuta yetirib və ona hökm oxunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə 47news-un müxbirinə Rusiya Federasiyası İstintaq komitəsinin, Leninqrad vilayəti üzrə istintaq idarəsinin mətbuat xidmətindən bildiriblər.

İstintaq idarəsi iki qadını zorlayıb, daha sonra öldürən şəxsin təqsirini sübuta yetirib, 28 yaşlı Azərbaycan vətəndaşına hökm oxunub.

O, RF Cinayət Məcəlləsinin m.105, b.2 (zorlayaraq qətlə yetirmək), m. 30, b.3 (iki və ya daha çox insanı zorlayaraq qətlə cəhd) maddələri üzrə təqsirli bilinib.

İstintaqla müəyyən edilib ki, adı açıqlanmayan azərbaycanlı 2014-cü ilin oktyabr ayının 2-də Leninqrad Vilayətinin Kirov rayonu ərazisində kafelərdən birinə gedib və orada əyləşən iki qadına spirtli içki təklif edib.

Qadınlar içki içməkdən imtina etdikdə isə 28 yaşlı kişi qadınlardan birini aldadaraq çölə çıxarıb və onu küçədə zorlayıb. Hadisə zamanı o, həmçinin qadını boğmağa da başlayıb. Boğulan qadının öldüyünü düşünən şəxs daha sonra kafeyə gəlib.

Amma zərərçəkən qadın ayılıb və ətrafdakı insanları köməyə çağırıb.

Daha sonra müttəhim ikinci qadını da aldadaraq onu da Neva çayının sahilinə aparıb. Manyakla ikinci qadın çayın kənarına çatdıqda isə həmin qadının üzərinə hücum edib və onu da zorlayıb. Qadının qarşı çıxdığını görən azərbaycanlı onun başına daşla bir neçə zərbə endirib. Zərərçəkən qadın isə aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 22 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.