Kriminal

Çindən qanunsuz dərman gətirən şəxs: "Eşitdim ki, orada ucuzdur" - VİDEO

25 Noyabr 2015 15:04
1 Şərh     Baxış: 1 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindən ölkəmizə psixotrop tərkibli dərmanlar keçirən şəxs saxlanıldı.

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bəxtiyar adlı şəxsin Çin Xalq Respublikası və İran İslam Respublikasından gizli yollarla gətirdiyi mənşəyi məlum olmayan psixotrop tərkibli, insan orqanizminə ciddi zərər vuran dərman preparatlarının satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. 

Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Əliyev müxtəlif adda 15650 ədəd həb formasında olan dərman preparatlarını 10000 manata satarkən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq 4500 ədəd eyni tərkibli həb aşkar olunaraq götürülüb.

Bəxtiyar Əliyev - saxlanılan şəxs: "Çin Respublikasına getmişdim. Eşitdim ki, orada dərman ucuzdur, Azərbaycanda baha. Orada mənə dedilər ki, İran vətəndaşı malı keçirə bilir. Birini 1 manat 50 qəpiyə aldım. Gətirib verdim İran vətəndaşına, 4000 manat da pul üstündə".

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Region TV

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.