Kriminal

Oğru: "Gözümüzü açdıq ki, xəstəxanadayıq" - VİDEO

25 Noyabr 2015 13:11
2 Şərh     Baxış: 2 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Motosiklet almaq üçün oğurluq etdilər, oğurladıqlarını taksi sürücüsü əllərindən aldı, qəzaya düşüb xəstəxanalıq oldular. 

13 min manatlıq oğurluq edən şəxslər saxlanıldılar. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşları oğurluq edən şəxsləri saxlamağa müvəffəq olub. Emil Şirinov Rəşad Mirzəyevi cinayət əməlinə vadar edən isə motosiklet sevdası olub. Asan yolla nəqliyyat vasitəsi əldə etmək üçün oğurluq ideyasını verən Rəşad həm də hadisəni törədəcəyi məkanı seçib.

Emil Şirinov - saxlanılan şəxs: "Baxırdıq ki, hansı evin işığı yanır, yaxud yanmır. Mən otururdum ağacın üstündə. Dedi ki, beşinci mərtəbənin işığı yanmır, çıxım baxım? Dedim, necə məsləhətdir. Pəncərəni açdı, girdi yataq otağına. Hər yeri axtardı, 1 qutu qızıl-zinət əşyaları, 500 dollar və 800 manat pulu götürdü, getdik".

Şəxslər internet vasitəsi ilə motosiklet seçərək taksi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsinə gəliblər. Yolda cibindən qızılları çıxardan Emili taksi sürücüsü sözün əsl mənasında qaralayıb. 12000 manat dəyərində olan qızıl-zinət əşyalarını onun əlindən asanlıqla alıb.

Emil Şirinov - saxlanılan şəxs: "Taksi şoferinin yanında qızılları çıxartdım, şofer baxdı qızıllara, dedi ki, bu qızıllar saxtadır, elə-belə dəmirdir. Şofer qızılın topasına 50 manat verib götürdü. Biz də motosikletlə gəldik Xırdalana".

İsdədiklərini reallaşdıra bilən şəxslərin sevinci cox çəkmiyib. Bir gün sonra əldə etdikləri pulun bir qismi ilə ticarət mərkəzlərindən birinə motosikletlə yollanan zaman qəzaya uğrayıblar və gözlərini xəstəxanada açıblar.

Emil Şirinov - saxlanılan şəxs: "Motosikletlə "Sədərəy"ə, özümüzə əyin-baş almağa gedirdik. 110-la gedəndə bir maşına dəydik, qəzaya düşdük. Yerə yıxıldım, əlim yerə sürtüldü".

Rəşad Mirzəyev - saxlanılan şəxs: "Arxadan gələn maşına yol vermək istəyəndə özünü itirdi, qəza törətdi. Gözümüzü açdıq ki, xəstəxanadayıq"

Faktla bağlı artıq cinayət işi açılıb, araşdırmalar davam edir.

Region TV

Videonu izləmək üçün şəklə klikləyin.
Oğru:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.