Kriminal

3 kq narkotiklə tutulan 20 yaşlı qız: "Müalicəm üçün pul lazım idi" - VİDEO

13 Oktyabr 2015 18:20
3 Şərh     Baxış: 1 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol qırağından yığdığı narkotik maddəni satmaq üçün Bakıya gətirən 20 yaşlı qız saxlanılıb.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Qaradağ rayon polis idarəsinin 38-ci polis polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini, 20 yaşlı Mehriban Baxşeyş qızı Hüseynova şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlindəki torbadan 3 kilo 25 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı Mehriban Hüseynovanın narkotik vasitəni Tovuz rayonunda yol kənarından yığdığı məlum olub.

Saxlanılan şəxs ifadəsində bu yola müalicəsi üçün əl atdığını bildirib: "Müalicəm üçün pul lazım idi, mən də qız rəfiqəm ilə Bakıya gəldim. Yolda rəfiqəmə hər şeyi danışdım. Qız da dedi ki, problem yoxdur, mənim tanışım var, ona deyim, səndəki malı sat ona. Malı o adama 3500 manata satmaq istəyirdim. Kafedə çay içib, aşağı düşəndə polislər məni tutdu".

Fakltla bağlı Qaradağ rayon polis idarəsində cinayət işi başlanıb. Hazırda cinayətdə iştirak edən digər şəxslərin axtarışları davam edir. 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.